Devis "Bavariya" ilə yeni müqavilə imzalamaq istəmir
28.03.2024 - 15:38
Devis "Bavariya" ilə yeni müqavilə imzalamaq istəmir

"Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devis mühüm qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Kanadalı alman klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd olunur ki, "Real Madrid" artıq futbolçunun fikirlərindən xəbərdardır. Devisin yaxın həftələrdə qərarını açıqlamaq niyyətində olduğu bildirilir. Əgər "Bavariya" futbolçunu razı sala bilməsə, 23 yaşlı müdafiəçi çox güman ki, yayda "Real Madrid"ə keçəcək.

0