PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Napoli”nin maraq dairəsinə düşüb.
Neapol klubunun prezidenti Aurelio De Laurentis Argentina millisinin üzvünə 3 illik müqavilə təklif edib. Təklifi qəbul edəcəyi təqdirdə, Di Mariyanın illik maaşı 5 milyon avro təşkil edəcək. 30 yaşlı oyunçunun PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, fransızlar onu sərfəli qiymətə satmağa hazırdılar.
İtaliya klubunun yeni baş məşqçisi Karlo Ançelotti də sabiq yetirməsini ixtiyarında görməkdə maraqlıdı.