Dibala “Roma” tərk edir?
16.11.2022 - 18:00
Dibala “Roma” tərk edir?

Argentina millisinin hücumçusu Paulo Dibalanın “Roma” karyerası qısa çəkə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun mövsümün sonunda paytaxt klubunu tərk etmək variantı yaranıb.

29 yaşlı ön xətt oyunçusunun A seriyası təmsilçisi ilə müqaviləsində “canavarlar”ın Çempionlar Liqasından kənarda qalacağı təqdirdə təzminat məbləği ilə bağlı bənd var. Belə hal yaşansa, Dibala özü komandasını dəyişmək arzusunu bildirərək 20 milyon avroya istənilən kluba keçə bilər.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm “Roma”nın heyətində 12 oyunda 7 qol vurub, 2 assist edib. “Canavarlar” hazırda A seriyasında 7-ci pillədə qərarlaşıb.

0