Dibalaya yeni müştəri
24.06.2022 - 09:05
Dibalaya yeni müştəri

“Yuventus”un futbolçusu Paulo Dibalaya daha bir müştəri çıxıb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Real”ın da maraq dairəsindədir.

İspaniya təmsilçisi 28 yaşlı forvard üçün təklif göndərməyi planlaşdırır. O, komandadan gedəcək Marko Asensionu əvəzləməlidir.

Qeyd edək ki, müqaviləsi bu ayın sonunda başa çatacaq Dibala yeni klubuna pulsuz başa gələcək.

0