Dieqo Simeone: “Güclü Morata lazımdır”
11.12.2023 - 15:09
Dieqo Simeone: “Güclü Morata lazımdır”

"Komandaya güclü Morata lazımdır".

Apasport.az xəbər verir ki, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

O, Madrid təmsilçisinin hücumçusu Alvaro Moratanın 3 tur qol vura bilməməsi barədə açıqlama verib: “Komandanın rifahı üçün çalışmaq vacibdir, Alvaro məhz bunu edir. Son matçda onun cəmi bir qol şansı olub. Morata komandaya lazımdır”.

Qeyd edək ki, 31 yaşlı futbolçu İspaniya çempionatında ardıcıl üç turda qol vurmayıb.

0