Dünya çempionatında komanda sayı artırıla bilər
06.03.2025 - 19:54
Dünya çempionatında komanda sayı artırıla bilər

Dünya çempionatlarının final mərhələsində iştirak edən komandaların sayı artırıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

FİFA komandaların sayının 64-ə çatdırılması variantını nəzərdən keçirir.

Bu addım ilk dəfə 1930-cu ildə təşkil olunan yarışın 100 illik yubileyi şərəfinə atılması nəzərdə tutulub.

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.