Dünyanın ən uzun penaltilər seriyası qeydə alındı
21.05.2024 - 13:19
top

İsrailin “Dimona” və “Şimşon Təl-Əviv” klubları arasında rekord qeydə alınıb. 

Apasport.az xəbər verir ki, ikinci diviziona yüksəlmək üçün mübarizə aparan klublar matç heç-heçə bitincə 56 dəfə penatilərdən istifadə ediblər. 

2:2 başa çatan qarşılaşmanın ardından qalib 11 metrlik zərbələrlə müəyyən edilib. Burada 23:22 hesablı qələbə qazanan “Dimona” ikinci liqaya yüksəlib. 

Qeyd edək ki, indiyə qədər ən uzun penaltilər seriyası Namibiya liqasında “Palas” və “Sviks” arasında olmuşdu. 2005-ci ildə keçirilən oyunda tərəflər 48 dəfə penalty yerinə yetirmişdi.

0