Ederson "Mançester Siti"nin tarixinə düşdü
25.02.2024 - 00:29
Ederson "Mançester Siti"nin tarixinə düşdü

Ederson "Mançester Siti"nin tarixinə düşüb.

Apasport.az xəbər verir o, bunu İngiltərə Premyer Liqasının 26-cı turunun "Bornmut"la matçında (1:0) bacarıb.

Qolkiper matçda qapısını toxunulmaz saxlayıb. Bu görüş qapıçı üçün İngiltərə çempionatında klubun forması ilə 110-cu "quru oyun" olub. O, həmin göstəricidə Co Hartı (109) geridə qoyub.

Qeyd edək ki, Ederson 2017-ci ildə "Benfika"dan 40 milyon avroya "Mançester Siti"yə keçib.

0