"Əl-Hilal" portuqaliyalı mütəxəssisin müqaviləsini uzadıb
29.05.2024 - 13:35
"Əl-Hilal" portuqaliyalı mütəxəssisin müqaviləsini uzadıb

Portuqaliyalı mütəxəssis Jorje Jesus "Əl-Hilal"la müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb. 

Çalışdırıcı ilə "Əl-Hilal" arasındakı yeni müqavilə 2026-cı ilə qədərdir.

Xatırladaq ki, portuqaliyalının rəhbərliyi altında komanda cari mövsümdə Səudiyyə Ərəbistanı çempionu olub. 

0