Emil Mustafayev Ukraynada qol VURDU
                    
                    08.04.2024 - 20:19
                        
                     
                    Azərbaycan millisinin üzvü Emil Mustafayev Ukrayna çempionatında növbəti dəfə fərqlənməyi bacarıb.
Apasport.az xəbər verir ki, “Polesye” klubunda çıxış edən 23 yaşlı futbolçu Premyer Liqanın XXIII turunda “Minay”a qarşı matçda komandasının 3-cü qolunu vurub. Görüş 3:2 hesabı ilə başa çatıb.
Start heyətində meydana çıxan Emil səfər görüşünün 59-cu dəqiqəsində topu rəqib qapısından keçirib.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            