Samuel Eto maraqlı hərəkətlə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, hazırda “Konyaspor”da çıxış edən kamerunlu ulduz sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
Belə ki, Liqa 1-ə yeni yüksələn “Nimes Olimpik” klubunun azarkeşləri Etonu transfer etmək üçün lazım olan məbləğin toplanması ilə bağlı kampaniya başladıblar. Tvitterdə yazan azarkeş qrupunun kampaniyasına klubun rəsmi hesabı da qoşulub. Eto isə paylaşımın altında “Mən də qatıla bilərəm?” yazıb.
Onun bu hərəkəti transferə razı olması kimi yozulub.
Qeyd edək ki, karyerası ərzində “Barselona”, “Çelsi”, “İnter” və “Everton” kimi yüksək səviyyəli komandalarda çıxış etmiş Eto son mövsümləri Türkiyə Superliqasında “Antalyaspor” və “Konyaspor”da oynayıb.