“Everton”un futbolçusu Fransa klubunda
02.06.2023 - 10:49
“Everton”un futbolçusu Fransa klubunda

“Everton”un futbolçusu Nils Nkunku İngiltərə klubunu tərk edib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını Fransada davam etdirəcək.

22 yaşlı fransalı icarədə olduğu “Sent-Etyen”də qalıb. Onunla klub arasında 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nils ötən mövsüm “Sent-Etyen”də 19 oyun keçirib. O, 6 qola imza atıb.

0