Fabinyo “Əl İttihad”da
01.08.2023 - 14:52
Fabinyo “Əl İttihad”da

Məşhur futbolçuların Səudiyyə Ərəbistanına axını davam edir.

Apasport.az saytı xəbər verir ki, bu dəfə “Liverpul”un 29 yaşlı yarımmüdafiəçisi Fabinyo “Əl İttihad”a transfer olunub.

Klublar arasındakı razılaşmaya əsasən, Braziliya millisinin də şərəfini qoruyan futbolçunun keçidinə görə ingilislərə 40 milyon avro ödəniləcək. Vinqer 2026-cı ilə qədər ərəb klubunun formasını geyinəcək.

Qeyd edək ki, Fabinyo 2018-ci ildən Mersisayd təmsilçisinin şərəfini qoruyurdu.

0