[b]Fabreqas "Çelsi"ni İtaliya klubuna dəyişə bilər[/b]
11.07.2018 - 14:16
[b]Fabreqas "Çelsi"ni İtaliya klubuna dəyişə bilər[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını “Napoli”də davam etdirə bilər. Apasport.az saytının “La Repubblica”ya istinadən məlumatına görə, ispan futbolçunun Jorjinyonun transferi qarşılığında Neapol təmsilçisinə göndərilmək ehtimalı var.

 

Daha öncə “Çelsi”nin Jorjinyonu 65 milyon avro qarşılığında transfer etdiyi barədə xəbərlər yayılsa da, son informasiyaya görə, “Napoli” prezidenti Aurelio De Laurentis Fabreqasın keçidin parçası olmasında israr edir.

 

Qeyd edək ki, “Napoli”nin sabiq baş məşqçisi Mauritsio Sarrinin bu günlərdə “Çelsi”yə baş məşqçiyə təyin olunacağı gözlənilir

0