[b]"Facebook" Ronaldodan bəhs edən realiti-şou hazırlayır[/b]
06.07.2018 - 11:12
[b]"Facebook" Ronaldodan bəhs edən realiti-şou hazırlayır[/b]

“Facebook” “Real”ın hücumçusu Kriştianu Ronaldonun iştirak edəcəyi realiti-şou layihəsinin hazırlıqlarına başlayıb. Apasport.az saytının “Variety” jurnalına istinadən məlumatına görə, hazırda sosial şəbəkə və portuqaliyalı futbolçu arasında danışıqların ilkin mərhələsi davam edir.

 

Mark Çukerberqin şirkəti Ronaldonun iştirakı ilə çəkiləcək 13 seriyaya görə 10 milyon dollar ödəmək niyyətindədi.

 

Realiti-şounun ssenarisinin məşhur NFL oyunçusu Tom Bredinin liqadakı 18-ci mövsümündən bəhs edən “Tom zamana qarşı” sənədli serialından ilhamlandığı iddialar var.

 

33 yaşlı futbolçu “Facebook” sosial şəbəkəsində ən məşhur idmançı hesab olunur. Ronaldonun hazırda 120 milyondan artıq izləyicisi var.

0