“Fənərbaxça” “Barselona”dan aldığı futbolçunu icarəyə göndərdi
03.02.2023 - 11:14
“Fənərbaxça” “Barselona”dan aldığı futbolçunu icarəyə göndərdi

“Fənərbaxça” qış fasiləsində “Barselona”dan transfer etdiyi Əmrə Dəmiri icarəyə verib.

Apasport.az saytı xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Samsunspor”da oynayacaq. 

Dəmir bu gün yeni komandasının düşərgəsinə yollanıb. 

Qeyd edək ki, “Fənərbaxça” yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalayıb. 

0