“Fənərbaxça” - “Beşiktaş” derbisinin baş hakimi bəlli olub
25.04.2024 - 13:25
Türkiyə Super Liqasının 34-cü həftəsində keçiriləcək “Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.
Beləliklə, Volkan Bayarslan ikinci dəfə "Fənərbaxça" - "Beşiktaş" derbisində söz sahibi olacaq. 46 yaşlı hakim daha əvvəl 2 oktyabr 2022-ci ildə oynanılan və 0:0 hesabı ilə başa çatan "Beşiktaş" - "Fənərbaxça" derbisində hakimlik edib.
Digər tərəfdən, Volkan Bayarslan karyerasında 5-ci dəfə derbi matçında fit çalacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 27-si saat 20:00-da baş tutacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
1
0