“Fənərbaxça” klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Aykut Kocamanın istefasından sonra boş qalan post hollandiyalı Filipp Kokuya tapşırılacaq.
Son 4 mövsümdə “PSV Eyndhoven”i 3 dəfə çempion edən 48 yaşlı mütəxəssisin gələn həftənin əvvəlində İstanbula gələrək, rəsmi müqaviləyə imza atacağı bildirilir. Kokunun Hollandiya klubu ilə 1 illik anlaşmasına hansı qaydada xitam veriləcəyi də Türkiyədəki görüşdən sonra bilinəcək.
Türkiyəli həmkarlarımız bu problemi ya mütəxəssisin özünün həll edəcəyini, ya da “sarı-lacivərdlilər”in yeni prezidenti Ali Koçun az məbləğdə təzminatla aradan qaldıracağını qeyd edirlər.