Türkiyə Super Liqasının 13-cü turunda “Fənərbaxça” səfərdə “Rizespor”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Domeniko Tedeskonun rəhbərlik etdiyi İstanbul təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Cəzalı olan Nelson Semedo və zədəsi davam edən Sebastiyan Şimanski heyətdə yer almayacaq. Milli komandadan yorğun qayıdan Edson Alvaresin durumu isə oyun günü bəlli olacaq.
Müdafiəçi Ceyden Ostervolde isə sarı vərəqə limitindədir. Əgər o, bu matçda xəbərdarlıq alarsa, “Qalatasaray”la oyunu buraxmalı olacacaq. Liqanın yeganə məğlubiyyətsiz komandası olan "Fənərbaxça" lider “Qalatasaray”dan 1 xal geri qalır və derbi öncəsi xal itirməməyə çalışır.
Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək