“Fənərbaxça” "Siti"nin futbolçusu ilə maraqlanır
13.06.2025 - 10:35
“Fənərbaxça” "Siti"nin futbolçusu ilə maraqlanır

“Mançester Siti”dən ayrılacağı gözlənilən Kayl Uolker karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “HT Spor” portalı məlumat yayıb.

“Fənərbaxça” 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. İstanbul klubu Uolkerlə danışıqlara başlayıb.

Kayl ötən mövsümü icarə əsasında “Milan”da keçirib. O, 34 oyunda meydana çıxıb.