"Fənərbaxça"da növbəti ayrılıq
24.07.2024 - 09:58
"Fənərbaxça"da növbəti ayrılıq

Türkiyə təmsilçilərindən "Fənərbaxça" 2021-22 mövsümünün əvvəlində "Gençlerbirliği"nin aşağı yaş qrupundan transfer etdiyi Emir Ortakayanı bir il sonra "Göztepe"yə, ötən mövsüm isə "Kocaelispor"a icarəyə verib.

Apasport.az "TRT Spor"a istinadla xəbər verir ki, "Fənərbaxça" gənc müdafiəçinin icarəsi ilə bağlı "Vesterlo" ilə prinsipial razılığa gəlib. Emir Ortakayanın "Vesterlo" ilə müqavilə imzalamaq üçün bu axşam Belçikaya uçacağı bildirilib.

2023-24 mövsümündə Birinci Liqasda "Kocaelispor"la 30 matça çıxan Emir Ortakaya 2299 dəqiqə meydanda olub.

20 yaşlı müdafiəçi də 3 qol və 2 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

0