“Fənərbaxça”dan “Qalatasaray”la derbi öncəsi MARAQLI MOTİVASİYA
07.01.2023 - 14:48
“Fənərbaxça”dan “Qalatasaray”la derbi öncəsi MARAQLI MOTİVASİYA

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Jorji Jesuş “Qalatasaray”la derbi matçı öncəsi futbolçuları oyuna motivasiya etmək üçün maraqlı addım atıb.

Apasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın təlim-məşq bazasına daha öncə qalib gəldikləri “Qalatasaray”la duellərin şəkillərini asdırıb.

Klub prezidenti Ali Koçun isə futbolçulara dəstək olmaq üçün bazada qaldığı bildirilir. Koç oyunçulara veriləcək qələbə mükafatının məbləğini oyundan bir neçə saat öncə açıqlayacağını bildirib. 

Qeyd edək ki, yanvarın 8-də saat 20:00-da başlayacaq “Fənərbaxça” – “Qalatasaray” oyununu Halil Umut Meler idarə edəcək. Hazırda 36 xala turnir cədvəlinin ikinci pilləsində yer alan “Fənərbaxça” əzəli rəqibindən bir xal geridədir.
 

0