“Fənərbaxça”lı ərəblərə “yox” deyib Braziliyaya getdi
13.06.2023 - 14:17
“Fənərbaxça”lı ərəblərə “yox” deyib Braziliyaya getdi

“Fənərbaxça”nın futbolçusu Enner Valensiya Braziliya klubuna transfer olunub.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Braziliyanın “İnternasional” klubuna keçib.

Türkiyə komandası ilə müqaviləsinin vaxtı bitən ekvadorlu forvard yeni komandası ilə 3 illik anlaşıb. 33 yaşlı hücumçu Səudiyyə Ərəbistanında gələn təklifləri rədd edərək vətəninə yaxın olmağı seçib.

Qeyd edək ki, 2020-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyan Valensiya son mövsümdə 48 matçda iştirak edərək, 33 qolla çempionatın ən sərrast futbolçusu olub.

0