"Fənər"in futbolçusu Kipr klubuna keçə bilər
05.09.2025 - 14:54
“Fənərbaxça”nın heyətində düşünmədiyi Onyen Mimoviç karyerasını Kiprdə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcək “Pafos” serbiyalı sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, Kipr təmsilçisi 21 yaşlı futbolçunu bir illik icarəyə götürmək niyyətindədir.
Həm İstanbul klubu, həm də oyunçunun özü bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbaxça” Mimoviçi bu ilin yanvarında “Srvena Zvezda”dan 6,7 milyon avro qarşılığında transfer etmişdi.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0