[b]Fernando Santuşla bağlı qərar verildi[/b]
10.07.2018 - 13:23
[b]Fernando Santuşla bağlı qərar verildi[/b]

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşın taleyinə aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis postunda saxlanılıb.

 

Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş açıqlama verib. O bildirib ki, 64 yaşlı çalışdırıcı daha 2 il postunda qalacaq: “Hər şey plana uyğun olmalıdı. AÇ-2016-dakı zəfərdən sonra Santuşla 2020-ci ilə qədər müqavilə bağlamaq qərarına gəlmişdik. Bütün perspektivləri və DÇ-2018-dəki mümkün problemləri nəzərə almışdıq. Turnirdə hədəfə çatmamaq hər şeyi dəyişmək anlamına gəlməməlidi. Qarşıdan Millətlər Liqası və Avropa çempionatı gəlir. Biz Avropa çempionuyuq və bu titulu qorumağa çalışacağıq”.

 

Qeyd edək ki, Fernando Santuş 2014-cü ildən Portuqaliya yığmasını çalışdırır.

0