“Atletiko”nun sabiq hücumçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, ispaniyalı futbolçu mətbuat konfransında yeni iş yerinin “Saqan Tosu” olacağını açıqlayıb.
“Saqan Tosu” mənimlə maraqlanan ilk klublardan idi. Onların əzmini yüksək qiymətləndirirəm. Məni layihələrinə inandıra bildilər” – deyə, o bildirib.
34 yaşlı oyunçunun ilinə 6,2 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Torres mövsümlərarası fasilədə Yaponiyaya üz tutan ikinci ispan futbolçudu. Daha öncə Andres İnyesta “Vissel Kobe” ilə müqavilə imzalamışdı.