Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Qarabağ”a məğlub olan “Ferensvaroş”da baş məşqçi Stanislav Çerçesovun postu laxlayıb.
Apasport.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, komandanın ÇL-də yoluna davam edə bilməməsi rəhbərliyin narazılığına səbəb olub. Ancaq rusiyalı çalışdırıcıya daha bir şans verilib. Əgər komanda Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” səddini aşa bilməsə, Çerçesov qovulacaq.
Rusiya Futbol İttifaqının fəxri-prezidenti Vyaçeslav Kolkov da bundan narahat olduğunu etiraf edib: “Ferensvaroş”un Çempionlar Liqasından kənarlaşdırılmasına üzüldüm. Stanislav Çerçesovun karyerası ilə bağlı bir az narahat idim. Bu narahatlığım indi də davam edir”.
Qeyd edək ki, Bakıda rəqibi ilə bərabərə qalan (1:1) “Qarabağ” Budapeştdə 3:1 hesablı qələbə sayəsində pley-offa yüksəlib. “Ferensvaroş” isə Avropa Liqasına yuvarlanıb.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika