FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə
16.12.2025 - 21:45
FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə

FİFA ilin futbolçusunun adını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu mükafata PSJ-nin fransalı ulduzu Usman Dembele layiq görülüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dembele bu nominasiyada Lamin Yamalı (“Barselona”) və Harri Keyni (“Bavariya”) qabaqlayıb.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 53 rəsmi matçda 35 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin bu il “Qızıl top” mükafatının da sahibi olub.