Fillips qalır, yoxsa GEDİR?
01.04.2024 - 23:19
Fillips qalır, yoxsa GEDİR?

“Mançester Siti”yə məxsus olan “Vest Hem”də icarə əsasında çıxış edən yarımmüdafiəçisi Kalvin Fillips klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu keçmiş klubu “Lids”ə qayıda bilər. Lids şəhərinin təmsilçisi bu mövsümün sonunda Premyer Liqaya yüksələrsə, Fillipsi 30 milyon funt-sterlinqə almağı planlaşdırıllar. 

Qeyd edək ki, ingiltərəli oyunçu "Lids"in yetirməsidir. O, 2014-2022-ci illərdə "ağlar"ın əsas komandasında çıxış edib.

"Şəhərlilər" onu 2022-ci ilin yayında 49 milyon avroya alıb.

 

0