[b]Final oyunu üçün BOS-da görüş[/b]
03.07.2018 - 14:54
[b]Final oyunu üçün BOS-da görüş[/b]

UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədi. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, məqsəd Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq Avropa Liqasının final qarşılaşmasının hazırlıq prosesi ilə tanış olmaqdı.

 

Bu gün BOS-da AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə final matçına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb. 18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

 

Qeyd edək ki, Avropa Liqasının 2018-19 mövsümünün final görüşü gələn il mayın 29-da keçiriləcək.