[b]Forması əlindən çıxdı, azarkeşlərdən kömək istədi[/b]
13.07.2018 - 23:02
[b]Forması əlindən çıxdı, azarkeşlərdən kömək istədi[/b]

“Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadrado maraqlı addımla diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, Kolumbiya millisinin üzvü nömrə seçimi üçün azarkeşlərə müraciət edib.

 

Kriştianu Ronaldonun transferindən sonra 7 nömrəli formanı ona verən Kuadrado özünə yeni nömrə seçmək üçün instaqram vasitəsilə azarkeşlərdən kömək istəyib. O, 16 və 21 nömrə arasında seçim etməkdə çətkinlik çəkir və fanatlar hansını məsləhət görsə, ona üstünlük verəcək.

 

Qeyd edək ki, Xuan Kuadrado 2015-ci ildən “Yuventus”un formasını geyinir.