[b]Fransız futbolçu yığma karyerasını bitirdi[/b]
01.08.2018 - 17:36
[b]Fransız futbolçu yığma karyerasını bitirdi[/b]

PSJ-nin yarımmüdafiəçisi Lassana Diarra Fransa yığmasındakı karyerasını bitirib. Apasport.az saytının “RMC Sport”a istinadən məlumatına görə, 33 yaşlı futbolçu bütün diqqətini klub karyerasına yönəldəcəyini deyib.

 

“Mənim üçün Fransa yığması artıq bir müddətdi yoxdu. Karyeramın geri qalan hissəsində PSJ-nin uğurları üçün tər tökəcəm. Fransa millisində etdiklərimdən məmnunam, amma bununla kifayətlənmək niyyətində deyiləm” – deyə, Diarra bildirib.

 

Diarra 2013-cü ildə məşqçilərin komandanın uğursuzluğunda onu günahlandırmasını səbəb göstərərək, yığmada oynamaqdan imtina etmişdi. Daha sonra o, millinin Avro-2016 üçün olan heyətinə daxil edilsə də, zədəyə görə oyunları buraxmalı olmuşdu.

 

Qeyd edək ki, Lassana Diarra “xoruzlar”ın heyətində sonuncu dəfə 2016-cı ilin mayında Kamerun yığmasına qarşı meydana çıxıb.

0