Fredə Premyer Liqadan müştəri
30.05.2023 - 10:46
Fredə Premyer Liqadan müştəri

“Mançester Yunayted”in futbolçusu Fredi heyətində görmək istəyən klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Fulhem”in maraq dairəsinə düşüb.

Mançesterlilər onu Premyer Liqanın digər klubuna satmağa razıdır. Klub rəhbərliyi yeni transferlər üçün qazanc əldə etmək istəyir. Bu amil Fredin “Fulhem”ə keçidində rol oynaya bilər.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün 35 matçında 2 qol vurub.
 

0