[b]“Futbolçulara minimal istirahət dövrü verilsin” – FİFPro-dan tələb[/b]
30.07.2018 - 21:01
[b]“Futbolçulara minimal istirahət dövrü verilsin” – FİFPro-dan tələb[/b]

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, futbolçuların həmkarlar ittifaqı funksiyasını yerinə yetirən qurum oyunçuların həddən artıq yüklənməsindən narazılıq ifadə edib.

 

Söhbət DÇ-2018-in iştirakçılarının məzuniyyətlərinin qısa olmasından gedir. FİFPro mundialda öz komandasının formasını geyindikdən sonra iki həftə keçməmiş qitə miqyaslı klub turnirlərində çıxış edən 15 futbolçunu nümunə göstərib.

 

UEFA-nın klub turnirlərindəki belə iştirak qurumu ciddi narazı salıb: “Çempionlar Liqası və Avropa Liqası iştirakçısı olan klubların maliyyə qazancı güddüyünü başa düşürük. Lakin futbolçuların sağlamlığı yüklənmiş qrafik üzündən risk altına düşür. Oyunçular klubların marağı və şəxsi sağlamlığları arasında parçalanırlar”.

 

FİFPro məsələdən çıxış yolu kimi FİFA-nı futbolçulara minimal istirahət dövrü qoymağa çağırıb. Bu müddət 4 həftə təşkil etməlidi.