[b]“Futboldan başım çıxmır” – Canni İnfantino[/b]
06.07.2018 - 17:01
[b]“Futboldan başım çıxmır” – Canni İnfantino[/b]

FİFA prezidenti Canni İnfantino Rusiyada keçirilən dünya çempionatı barədə fikirlərini bildirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hazırda Rusiyada olan qurum rəhbəri ən çox bəyəndiyi görüşləri açıqlayıb.

 

O, eyni zamanda mundialda sürpriz nəticələrin yarışa əlavə rəng qatdığı fikrindədi: “İspaniya – Portuqaliya (3:3) görüşü çox xoşuma gəldi. İsti havada inanılmaz matç izlədik. Həmin vaxt bu komandalardan birinin dünya çempionu olacağını düşünürdüm. Gördüyünüz kimi, mənim futboldan elə də başım çıxmır. Həmçinin 1/8 final mərhələsində Fransa – Argentina (4:3) və İspaniya – Rusiya (1:1, penaltilərlə 3:4) qarşılaşmalarını bəyəndim. Xüsusən də, sonuncu matç sürpriz oldu. Ümumiyyətlə, mundialda ən çox sevdiyim amil gözlənilməz nəticələrin qeydə alınmasıdı. Bu da çempionatın ən önəmli elementlərindən biridi. Bu mərhələyə qədər keçirilən görüşlərin nəticələrindən sonra bir təxmin bildirmək çətindi. Bu da əladı”.

 

Qeyd edək ki, dünya çempionatında ¼ final mərhələsinin oyunları bu gün və sabah keçiriləcək.

0