[b]“Getmir, “Real”da qalır”[/b]
10.07.2018 - 11:15
[b]“Getmir, “Real”da qalır”[/b]

Son günlərdə “Real”ın yarımmüdafiəçisi Marko Asensionun klubdan ayrılacağına dair xəbərlər yayılıb. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, ispan futbolçunun agenti Oratsio Qadjioli müştərisinin gələcəyinə dair suallara aydınlıq gətirib.

 

O, Asensionun karyerasını “Real”da davam etdirəcəyini deyib: “Marko heç yerə getmir, “Real”da qalır. Asensio dayanmadan inkişaf edir. Düşünmürəm ki, növbəti mövsümdə də “Real”ın ən önəmli oyunçularından biri olacaq”.

 

Qeyd edək ki, “Liverpul” və “Çelsi” 22 yaşlı oyunçunun xidmətində maraqlı idi.

 

2017-18 mövsümündə İspaniya Primerosunda 32 matçda meydana çıxan Asensio 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.