[b]Gümüş medaldan imtina etdi[/b]
20.07.2018 - 20:15
DÇ-2018-ə Xorvatiya millisinin heyətində yollanan, amma turniri erkən başa vuran Nikola Kaliniç maraqlı addımla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, “Milan”ın hücumçusu ona təqdim olunan mundialın gümüş medalından imtina edib.
Forvard bunu dünya çempionatında oynamaması ilə əlaqələndirib.
Qeyd edək ki, DÇ-2018-in Nigeriya ilə matçının son dəqiqələrində meydana girməkdən imtina edən Kaliniç baş məşqçi Zlatko Daliç tərəfindən heyətdən çıxarılmışdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0