
Amerika çempionatında maraqlı hadisə baş verib.
Apasport.az xəbər verir ki, “Sent-Luis Siti” və “Atlanta Yunayted” arasında matçda hakim azarkeşləri trollayıb.
Belə ki, birinci hissənin bitməsinə bir neçə dəqiqə qalmış “Sent-Luis Siti” Nökvi Porissonun qolu ilə önə keçib. Lakin yan xətt hakimi bayrağını qaldırıb və epizodun ofsayd olduğuna qərar verib.
Epizodun təkrarına yenidən baxan baş hakim Filip Dujic yaxa mikrofonu vasitəsi ilə ofsayd qərarının yanlış olduğunu elan edib. Bu zaman azarkeşlər qola sevinməyə başlayıblar. Lakin baş hakim qısa müddət sonra sözlərinə davam edib və qoldan əvvəl qayda pozuntusunun qeydə alındığını bildirib. Beləcə qapıya gedən top qol dəyəri qazanmayıb.
- Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
- "Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- "Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
- Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub