Halandla Mbappeyə yeni şərik
22.12.2023 - 21:34
Halandla Mbappeyə yeni şərik

Dünyanın ən bahalı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, cədvəldə üçhakimiyyətlilik yaranıb.

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem ən bahalı oyunçu adına şərik çıxıb. O, Kilian Mbappe və Erlinq Halanda çatıb.

Hər üç futbolçunun transfer qiyməti 180 milyon avrodur. İngiltərəli ulduzun qiyməti ötən siyahı ilə müqayisədə 30 milyon artıb.

Qeyd edək ki, Cud Dortmund “Borussiya”sından 103 milyona transfer olunub. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
 

0