[b]“Həyatdakı ən önəmli məqsədim Mourinyou gülümsətməkdir” – Yürgen Klopp[/b]
28.07.2018 - 01:28
[b]“Həyatdakı ən önəmli məqsədim Mourinyou gülümsətməkdir” – Yürgen Klopp[/b]

Yürgen Klopp maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “SKY Sport”a danışan almaniyalı çalışdırıcı Joze Mourinyonun “Liverpul”un transferləri haqqında dediyi sözləri şərh edib.

 

“Sizcə Mourinyo belə ağıl oyunlarına gedər? Eşitdiyimə görə, “Liverpul”un transferlərini gülməli adlandırıb. Mənim həyatdakı ən önəmli məqsədim elə onu gülümsətməkdir. Bu, tez-tez olmur, amma əgər “Liverpul”a görə baş verəcəksə, daha da əla olar. Mənim Jozenin nəsə deməyi ilə bağlı bir problemim yoxdur, azad dünyada yaşayırıq, kim nə istəsə, danışa bilər” – deyə Klopp bildirib.

 

Qeyd edək ki, daha əvvəl Yürgen Klopp da “Mançester Yunayted”in Pol Poqba transferi haqqında fikir bildirmişdi.