[b]İbrahimoviç "Yuventus"a qarşı oynamaqdan imtina etdi[/b]
31.07.2018 - 12:56
[b]İbrahimoviç "Yuventus"a qarşı oynamaqdan imtina etdi[/b]

“Los-Anceles Qalaksi”nin forvardı Zlatan İbrahimoviç çərşənbə günü MLS yığması ilə “Yuventus” arasında oynanılacaq matçda çıxış etməyəcək. Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, isveçli futbolçu bütün diqqətini klubuna yönəldib və bir həftə ərzində üç görüşdə forma geyməyin fiziki baxımdan ağır olduğunu düşünür.

 

İbrahimoviç açıqlamasında ona səs verən azarkeşlərə təşəkkürünü bildirib və tək məqsədinin “Qalaksi”nin pley-offa qalmasına yardımçı olmaqdan ibarət olduğunu deyib.

 

Qeyd edək ki, ötən gün Zlatan İbrahimoviç “Orlando Siti” ilə oynanılan matçda het-trik etmişdi.

0