“Bavariya”nın hücumçusu Robert Levandovski klubunu dəyişmək istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə “Marca” nəşri iddia ilə çıxış edib.
Onun xüsusilə də, “Real”da çıxış etmək istədiyi bildirilib. Hətta bunun üçün polşalı forvardın agenti Madridə yollanaraq “kral klubu”nun rəsmiləri ilə danışıq aparmağa hazırlaşır.
Keçidin rəsmiləşməsində yeganə problem Levandovski ilə “Bavariya” arasındakı müddəti 2021-ci ilə kimi davam müqavilədir. “Real” almanların istədiyi məbləği ödəməyə razı olsa da, hazırda əla münasibətdə olduğu klubla arasının pozulmasını istəmir.
Transferin taleyi “Bavariya”nın qərarından asılı olacaq.