İki klub Kazemironu almaq istəyir
15.05.2024 - 12:13
İki klub Kazemironu almaq istəyir

Braziliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kazemiro yay "transfer pəncərəsi"ndə İngiltərə klubundan ayrıla bilər. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir  ki, 32 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır. 

Məlumata görə, adı açıqlanmayan iki klub yarımmüdafiəçini transfer etmək istəyir.

Cari mövsümdə o, 30 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı və "qırmızı şeytanlar" arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.

0