İmmobile meydana qayıdır
02.12.2022 - 11:40
İmmobile meydana qayıdır

“Latsio”nun futbolçusu Çiro İmmobilenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədə üzündən bir müddət kənarda qalan hücumçu meydana qayıtmağa hazırdır.

Bunu İtaliya klubunun həkimi İvo Pulçini açıqlayıb. O bildirib ki, Çiro artıq tam sağalıb. Forvard A seriyasında fasilə bitdikdən sonra meydana çıxa biləcək.

Qeyd edək ki, digər aparıcı liqalarda olduğu kimi A seriyasında da DÇ-2022 ilə əlaqədar fasilə yaranıb.
 

0