[b]İngiltərə dünya çempionatı üçün Azərbaycandan kömək istədi[/b]
09.07.2018 - 12:59
[b]İngiltərə dünya çempionatı üçün Azərbaycandan kömək istədi[/b]

İngiltərə 2030-cu ildə keçiriləcək dünya çempionatını təşkil etməyə namizəddi. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bu məqsədlə İngiltərə Futbol Assosiasiyası (FA) fəaliyyətə başlayıb.

 

Qurumun rəhbəri Qreq Klark tələb olunan sayda səs toplamaq üçün ölkələrə səfər prosesini sürətləndirib. Onun artıq bəzi ölkələrdə olduğu bildirilir ki, onlardan biri də Azərbaycandı. Belə ki, Klark ölkəmizdə AFFA rəhbərliyindən kömək istəyib. Prezident bu məqsədlə həmçinin Gürcüstana da yollanıb.

 

Qeyd edək ki, İngiltərə indiyə qədər cəmi 1 dəfə dünya çempionatına ev sahibliyi edib. 1966-cı ildəki mundialda “Dumanlı Albion” təmsilçisi çempion olub.