İngiltərə Kuboku: "Siti" və "Çelsi" 1/8 finalda məğlub olub
31.10.2024 - 10:16
İngiltərə Kuboku: "Siti" və "Çelsi" 1/8 finalda məğlub olub

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Apasport.az xəbər verir ki, “Çelsi” bu raundda “Nyukas”la məğlub olub və mübarizəni dayandırıb.

“Arsenal” Çempionşip təmsilçisi “Preston”a, “Liverpul” isə “Brayton”a qalib gəlib. “Mançester Yunayted” “Lester” səddini 5 qolla aşıb.

İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi

30 oktyabr

Nyukasl – Çelsi 2:0
Qollar: A.İsak, 23, A.Disasi, 26 (avtoqol)

Preston – Arsenal 0:3
Qollar: Q.Jezuş, 24, E.Nvaneri, 33, K.Haverts, 57

Brayton – Liverpul 2:3
Qollar: S.Adinqra, 81, T.Lamptey, 90 – K.Qakpo, 46, 63, L.Dias, 85

Mançester Yunayted – Lester 5:2
Qollar: Kazemiro, 15, 39, A.Qarnaço, 28, B.Fernandeş, 36, 59 – El Xannus, 33, K.Koadi, 45+3

Aston Villa – Kristal Pelas 1:2
Qollar: C.Duran, 23 – E.Eze, 8, D.Kamada, 64

Tottenhem – Mançester Siti 2:1
Qollar: T.Verner, 5, P.Sarr, 25 – M.Nunes, 45+4

0