
Liqa 1 təmsilçilərindən "Marsel"də çıxış edən Luis Henrike yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az "Footmercato" nəşrinə istinadla xəbər verir ki, "İnter" futbolçunun transferində maraqlıdır.
İddialara görə, İtaliya təmsilçisi Fransa klubu ilə danışıqlara başlayıb. Tərəflər arasında müqavilə üçün ilkin razılıq əldə olunub.
Potensial transfer məbləği 30-35 milyon avro olacaq.
23 yaşlı braziliyalı hücumçunun "Marsel"lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Bu mövsüm hücumçu "Marsel"in heyətində 32 oyun keçirib. Braziliyalı 9 qol vurub, 8 məhsuldar ötürmə edib.
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb