“İnter” mövsümü “dördlüy”də bitirəcək
28.05.2023 - 01:15
“İnter” mövsümü “dördlüy”də bitirəcək

İtaliya A seriyasının dörd oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, qələbə qazanan “İnter”in növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcəyi dəqiqləşib.

ÇL-in finalına oynayacaq “İnter” öz meydanında “Atalanta”ya qalib gəlib. Məğlubiyyət qonaqların qitənin ən nüfuzlu klub turnirində iştirak etmək şanslarını minimuma endirib.
“Roma” növbəti dəfə xal itkisi ilə üzləşib. Son 9 oyunda cəmi bir qələbə qazanan Mourinyonun komandası “ilk dörd”ə düşmək şansını itirib.

37-ci tur
“Salernitana” – “Udineze” – 3:2
“Spetsiya” – “Torino” – 0:4
“Fiorentina” – “Roma” – 2:1
“İnter” – “Atalanta” – 3:2
 

0