“İnter” ona qiymət qoydu
05.12.2022 - 17:32
“İnter” ona qiymət qoydu

Niderland millisinin futbolçusu Denzel Dumfrisin transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”i müdafiəçisini 50 milyon avro və mümkün 10 milyon bonus qazanmaq şərtilə satmağa razıdır.

Niderlandlı futbolçunun xidmətində İngiltərə klubları maraqlıdır. “Mançester Yunayted” və “Çelsi” Dumfrisi heyətində görmək istəyir.

Qeyd edək ki, Denzel 2021-ci ilin yayında PSV-dən Milan təmsilçisinə keçib.
 

0