İnyesta “Vissel Kobe”dən gedir
25.05.2023 - 14:47
İnyesta “Vissel Kobe”dən gedir

İspaniyalı futbolçu Andres İnyesta “Vissel Kobe”dən gedir.

Apasport.az saytı xəbər verir ki, Yaponiya klubu 39 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.

Veteran futbolçu yaponların heyətində son oyununu iyulun 1-də keçirəcək. O, “Hokkaydo Konsadole Sapporo” ilə görüşdə son dəfə “Vissel Kobe” formasını geyinəcək.

Qeyd edək ki, İnyesta 2018-ci ildə "Barselona"dan "Vissel Kobe"yə keçib. Futbolçu “Gündoğar ölkə” komandasının heyətində 133 oyun keçirib, 26 qol vurub, 25 məhsuldar ötürmə edib.

0